Türkmənistan Məclisi (parlamenti) ölkə prezidenti seçilmək üçün 70 yaşlıq həddin ləğv edilməsini özündə ehtiva edən yeni konstitusiyanı yekdilliklə qəbul edib.

RİA Novosti xəbər verir ki, yeni konstitusiyanın qəbul edilməsi barədə səsvermə Türkmənistan Ağsaqqallar Şurasının iclasında keçirilib.

İclasda ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov müvafiq sənədi imzalayıb və o, qüvvəyə minib.

2008-ci ilin sentyabr ayında qəbul edilmiş köhnə konstitusiyaya görə, Türkmənistanda anadan olan, yaşı 40-dan az və 70-dən yuxarı olmayan ölkə vətəndaşı Türkmənistan prezidenti seçilə bilərdi.