AzEuroNews.com  ►   Gəncəni Milli Məclisdə təmsil edən deputat Naqif Həmzəyev tələbələrə kitab hədiyyə edəcək. AzEuroNews.com xəbər verir ki, bu barədə N.Həmzəyev öz “Facebook” səhifəsində yazıb.

“Əziz gənclər və Gəncə şəhərində təhsil alan tələbələr! Son zamanlar kitab oxumağa artan marağınızı nəzərə alaraq sevdiyiniz 100 kitabı sizə hədiyyə etmək istəyirəm. Ən çox sevdiyiniz və Gəncə şəhərində sizin üçün satın ala biləcəyim kitabların adlarını şərh bölümündə qeyd edin, ən qısa zamanda və böyük fəxarət hissi ilə oxumaq istədiyiniz kitabı sizə şəxsən hədiyyə edəcəm. Lakin, kiçik bir şərtim var. Hədiyyə etdiyim kitabdan öyrəndiklərinizi “Kitab Klubu”nda birlikdə müzakirə edəcəyik! ” – deyə deputat qeyd edib.