AzEuroNews.com Almaniyanın Köln şəhərində Almaniya Ələvi Birlikləri Fedarasiyasının 30 illiyinə həsr olunmuş “Yol Bir Sürək Minbir” adlı tədbir keçirilib. AzEuroNews.com  xəbər verir ki, tədbirdə Almaniyada yaşayan azərbaycanlı tanınmış xanəndə Vüsalə Musayeva da iştirak edib. 

Vüsalə Musayeva AzEuroNews.com-a açıqlamasında bildirib ki, belə böyük bir layihədə iştirak etmək onun üçün çox önəmli olub. 

“Gecədə 1000 nəfərlik xor kopellası və orkestrinin müşaiyəti ilə Məhəmməd Füzulinin, Şah İsmail Xətainin, qəzəllərinə mahnılar səsləndirildi. Nəsiminin 650 illik yubileyi də diqqət mərkəzində oldu. Şairin “Sığmazam” qəzəlinə muğam səsləndirdim və bu çox maraqla qarşılandı” – deyə V.Musayeva bildirib.