Avstriyanın keçmiş kansleri Sebastian Kurtsun rəhbərlik etdiyi Mühafizəkar Avstriya Xalq Partiyası erkən seçkilərdə Milli Şurada (parlamentin aşağı palatası) 38.4% səs toplayaraq bazar günü məntəqələrdə seçicilərin verdiyi bütün səsləri saydıqdan sonra qalib gəlib.

Trend-in məlumatına görə, bu barədə Avstriyanın Daxili İşlər Nazirliyi yaydığı rəsmi məlumatda bildirib.

Qeyd edək ki, Avstriyanın Sosial Demokrat Partiyası 21,5% səs toplamaqla ikinci yeri tutur. Üçüncü yerdə Avstriya Azadlıq Partiyası 17,3% səs toplayıb. Yaşıllar partiyası dördüncü yeri tutur – 12,4%, beşinci yerdə isə Yeni Avstriya partiyası məskünlaşıb – 7,4%.