Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.comSon aylar Almaniya qanunsuz miqrasiyaya qarşı digər dövlətlərlə sərhədlərdə mühafizə və polis yoxlamalarını artırıb. AzEuroNews.com xəbər verir ki, buna baxmayaraq bu ilin yanvarından avqust ayına kimi 26 409 qaçqın və miqrant qanunsuz olaraq Almaniyaya daxil olub. 

Almaniya Daxili İşlər Nazirliyinin rəsmi məlumatında deyilir ki, bu rəqəm keçən il 42 487 olaraq qeydə alınıb. 

Məlumatda vurğulanır ki, bu ilin aprel ayında Suriyadan olan 8 min qaçqın Türkiyədən Yunanıstana keçib. Kəçəan il bu rəqəm 3200 olaraq qeydə alınıb. 

Son 8 ayda Almaniyaya qonşu dövlərtlərdən keçən miqrantların sayı aşağıdakı kimidir : 

Avstriya – 3792 nəfər

Çexiya – 2863

Fransa –  2139

İsveçrə – 1807

Belçika – 1378

Polşa – 1235

Hollandiya- 1180

Danimarka – 648

Lüksemburq – 319

Mövzu ilə bağlı danışan Almaniyanın daxili işlər naziri Horst Seehofer bildirib ki, sərhədlərdə qanunsuz miqrasiya ilə bağlı polis yoxlamalarında iştirak edən şəxsi heyyətin sayı iki dəfə artırılıb.