Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ► Almaniyada 2020-ci ilin yanvar ayından etibarən bir çox şəhərlərdə ictimai nəqliyyat biletlərinin qiyməti qalxacaq.  AzEuroNews.com   xəbər verir ki, Ruhr bölgəsi, Raynland, Berlin, Brandenburq, Hamburq və Rayn-Main əyalətlərində avtobus və qatar biletlərinin qiyməti 1,3 və 3,3 % arasında qalxacaq. 

Almaniya İctimai Nəqliyyat Dərnəyindən verilən açıqlamaya görə, buna səbəb iqlim dəyişikliyi ilə bağlı qəbul edilən qanunlardır.

Məlumat üçün qeyd edək ki, ölkədə avtomobillərin havaya buraxdığı zəhərli qazların miqdarına görə alınan illik vergi də artırılıb.