Simvol foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

AzEuroNews.com  ►Almaniyanın Senden qəsəbəsində yaşayan yaşlı bir almanın öldüyü 8 il sonra bilinib. AzEuroNews.com xəbər verir ki, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinin Münster şəhəri yaxınlığındakı Senden qəsəbəsində qeydə alınıb. 

Bir binada baş verən yanğın zamanı orada yaşayanlar təxliyyə edilib. Lakin Haynz adlı yaşlı alman qapını açmayıb. Qapını qırıb içəri girən yanğınsöndürənlər yaşlı almanın skleti ilə qarşılaşıblar. Onunla bərabər iti də evdə ölü tapılıb. 

Poçt qutusunun yoxlayan polisin ilkin rəyi o olub ki, Haynz 2011-ci ildə vəfat edib. 

Onun indiyə kimi ölməsinin bilinməməsinə gəlincə, məlum olub ki, o bütün bank ödəmələrini avtomatik bir sistem üzərindən həyata keçirib.