Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ► Almaniya əhalisi sürətlə azalan kiçik şəhərlərin boşalmasının qarşısını almaq üçün müxtəlif layihələr həyata keçirir. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, hazırda belə bir layihə Almaniyanın Görlitz şəhərində şəhər rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilir. “Şəhər sınağı” adlanan layihədə iştirak edəcək qonaqlara, bir ay pulsuz yaşayış və həmin müddətdə ixtisasa uyğun bir iş tapmaq imkanı da təklif olunur.

Görlitz şəhəri Almaniyadakı tarixi binaların qorunduğu azsaylı şəhərlərdən biri hesab olunur. Bir çox filmlərin çəkilişi üçün məşhur bir məkana çevrilib. Hər il bu kiçik şəhəri 140 min turist ziyarət edir.
Bununla yanaşı bələdiyyə, ölkənin qərbindəki Almaniyanın böyük mərkəzlərinə davam edən sürətli köçün qarşısını almağa və yerli əhalini köçdən xilas etməyə çalışır. Şərqi və Qərbi Almaniyanın yenidən birləşməsi zamanı şəhər əhalisi gözlənilmədən 25% azaldı. Bundan başqa şəhərdə ciddi demoqrafik böhran da mövcuddur. Bundan başqa ölkədə ən aşağı əmək haqqı olan şəhərlər siyahısındadır.

Bələdiyyə yeni sakinləri cəlb etmək üçün “Şəhər sınağı” layihəsinə başlayıb. Layihədə iştirak üçün 150 ərizə təqdim edilib. Müraciətlərin 2/3-nin alman meqapolislərinin sakinləridır. Digər ərizəçilərin əksəriyyətini Macarıstan, Çexiya, ABŞ və İngiltərənin vətəndaşları təşkil edir. Onların hər birinin təkliflərinın maraq doğurduğu bildirilir. 

Hal-hazırda proqramın şərtlərinə əsasən mənzil ilə təmin olunmuş 54 abituriyent sınaq lahiyəsində işə başlayıb.

Proqramın əsas məqsədi təkcə şəhərə yeni sakinləri cəlb etmək cəhdi deyil, həm də həyatlarını şəhərlə bağlamağa qərar verənlərin nəyə ehtiyacı olduğunu və bu insanların nələri arzu etdiklərini müəyyənləşdirməkdən ibarətdir.