AzEuroNews.com  “TikTok” mobil tətbiqinin bu ilin altı ayı üçün gəliri açıqlanıb. AzEuroNews.com  xəbər verir ki, sözgedən mobil tətbiqin sahibi Çinin “ByteDance” şirkətindən verilən açıqlamaya görə, bu ilin altı ayı üçün “TikTok”un qazancı 8.4 milyard dollar olub. Şirkətin bu proqram üçün ilin sonuna kimi qoyduğu hədəf isə, 14 milyard dollardan 16.8 milyard dollara qalxıb. 

Müqayisə üçün bildirək ki, Azərbaycan “Azəri-Çıraq-Günəşli” (AÇQ) neft yataqları blokunun işlənməsindən bu il 5.6 milyard dollar gəlir əldə edib.