Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  Almanyaniyanın baş naziri  Angela Merkel Yunanıstanın qaçqın düşərgələrindən uşaq gətirmək niyyətindədir. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com -a daxil olan məlumatda deyilir ki, qaçqınların hüquqları üzrə ixtisaslaşan hüquq müdafiəçiləri Merkekdən Yunan düşərgələrini uşaqlardan boşaldılmasını tələb edirlər.

Qaçqın təşkilatları uşaqlar üçün Yunanıstanda “dəhşətli vəziyyət” olduğunu bildirirlər. Almaniya və digər Avropa Birliyi (AB) ölkələri Yunanıstanda məskunlaşan qaçqınlara münasibətdə sürətli hərəkət etməli və orada azyaşlı qaçqınların uzun müddət saxlanılmasına şərait yaratmalı deyildi. 
Kanslerin iştirakı ilə keçirilən toplantıda bir neçə təşkilat federal hökuməti Yunanıstandan gələn qaçqınları qəbul etməyə çağırıb.

Tanınmış „Pro Asyl“-un əməkdaşı Günter Burkhardt görüşdən əvvəl “DW”-yə bunları bildirib: “Zəngin Şimali Avropa ölkələri indi Yunanıstanda təxliyə etməlidirlər.” 

Hər şeydən əvvəl, Burkhardt düşərgələrində olan yetkinlik yaşına çatmayan qaçqınları “çıxartmaq” tələbi barədə müraciətin Kanslerə təqdim ediləcəyini bildirib. 
“Pro Asyl” və digər qaçqınlara yardım edən təşkilatlarının məlumatına görə, hazırda Yunanıstanda ən azı 4100 uşaq qaçqın kimi yaşayır və onların sayı artmaqda davam edir. 
Toplantıda iştirak edən azyaşlılar üzrə qaşqın müraciətlərinə məsul təşkilatın təmsilcisi Ulrike Schwarz, Almaniyadan yetkinlik yaşına çatmayanlar üzrə idarənin yardıma hazır olduğunu bildirirb.

Qıtlıq, istismar, sui-istifadə halları

Yayılan məlumata görə, Yunanıstanda 4 mindən çox yetkinlik yaşına çatmayan sığınacaq axtaran şəxsin olmasına baxmayaraq orada yalnız 1000 uşağa uyğun yer mövcuddur. Qalan uşaqlar və yeniyetmələr küçələrdə, həbsxanalarda və ya yunan adalarının qondarma nöqtələrində “acınacaqlı şəraitdə” yaşayır. 

O bildirib ki, qaçqın uşaqlar istismar və cinsi zorakılıq qurbanlarına çevrilmək üçün ” həssas qrupa” aid olan şəxslərdir. 

DW ilə söhbətdə Ulrike Schwarz bildirib ki, uşaqlar heç olmasa ailə birləşməsi proqramları çərçivəsində Almaniyaya göndərilməlidirlər. 

“Pro Asyl” dan Günter Burkhardt yetkinlik yaşına çatmayan qaçqınların qohumlarının Almaniyada yaşadığını təsdiqləyir. 

“Ancaq bu ilin ilk beş ayında Almaniya bütün ailə birləşməsi haqqında müraciətlərin dörddə üç hissəsindən imtina etdi” deyərək narahatlığını ifadə edib.