Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  Dünyada almancanın tədris olunduğu məktəblərdə keçirilən bir sorğu ilə bu dilin ən yaxşı sözləri seçilib. AzEuroNews.com  xəbər verir ki,  sorğuda iştirak edənlərin əksəriyyəti “Gemütlichkeit”, “Schmetterling” və “Eichhörnchen”-i almancanın ən yaxşı sözləri olaraq qeyd ediblər. 

46 ölkədə almancanın tədris olunduğu mətəblərdə keçirilən sorğuda iştirak edənlərin çoxu “Gemütlichkeit”ın ( rahatlıq) ən yaxşı almanca söz olduğunu bildiriblər.

Sıralamada ikinci yeri “Schmetterling” (kəpənək), üçüncü yeri isə, “Eichhörnchen” (sincab) sözləri tutub.