Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com


Almaniyada 375 min əcnəbi tələbə təhsil alır. 

 ►  48 min alim universitetlərdə araşdırma aparır və ya mühazirə söyləyir.

 ► Tələbələrin 38 %-i mühəndislik sahəsi üzrə təhsil alır.

 ► 22 300 qonaq tələbə Almaniyada təhsil alır. (Erasmus proqramı ilə)


AzEuroNews.com  ► Almaniyada təhsil almaq istəyirsən? Universitetlər, fakültələr, meyarlar və təqaüdlər haqqında praktiki məsləhətlər, əlaqələr və məlumatları təqdim edirik.

Almaniyada ən yaxşı universiteti hansıdır? Tələbə vizasını necə əldə edə bilərəm? Almaniyada hansı təqaüdləri ala bilərəm? Almaniyada ali təhsil almaq üçün hansı meyarlara cavab verməliyəm? Bütün bu suallara bu yazıda cavab tapacaqsınız….

►  Almaniyada təhsil niyə cəlbedicidir?

Almaniya dünyada ali təhsil üçün cəlbedici bir ölkədir. 2018-ci ilin nəticələrinə görə, Almaniyada ali məktəblərə qəbul olunan tələbələrin 13 %-i  əcnəbilər olub. Bu da Almaniyanı qlobal reytinqdə əcnəbi  tələbələr tərəfindən ən çox seçilən dördüncü ölkə edib. Bu yüksək marağın bir neçə səbəbi var.

 Məşhur şirkətlərin çoxu Almaniya universitetlərinin diplomlarına böyük əhəmiyyət verirlər. Təhsilin çeşidi də çox genişdir: Almaniyada ümumilikdə 19 mindən çox fakültəsi olan 400-dən çox universitet var. Tibb, ətraf mühit mühəndisliyi, robototexnika, kənd təsərrüfatı, sülh və münaqişə araşdırmalarına kimi  maraqlandığınız fakültələri həmin universitetlərdə tapa bilərsiniz.

Almaniyada hər il yenilikçi, tətbiq yönümlü və beynəlxalq fakültələr əlavə olunur. Məsələn, 2018-ci ildə Berlində qurulan “Kod Universiteti”-i kimi. Universitetin qurucularından biri olan Tomas Bachem gələcəyin yeni rəqəmsal sinifini necə öyrətmək istədiklərini açıqlayır.

2014-cü ildə Almaniyada universitet xərcləri həm yerli, həm də xarici tələbələr üçün qaldırıldı. Hər semestr üçün yalnız kiçik bir təhsil haqqı tutulur. Başqa sözlə, Almaniyada ali təhsil yalnız çox yönlü deyil, demək olar ki, pulsuzdur. Almaniyada ali təhsildə seçim etmək üçün daha çox səbəb var.

Almaniyada ali təhsil və ya doktorantura üçün müəyyən şərtlər mövcuddur. Müraciət etmək istədiyiniz ilk qurum “Akademisches Auslandsamt” (AAA), “International Office” və ya “International Center” (IC) adlı xarici tələbə ofisidir. Məsləhətçilər universitet müraciəti haqqında bütün məlumatları: qəbul tələbləri, qeydiyyat tarixi, müraciət meyarları, dil kursları və sair barədə sizə dolğun məlumat verəcək.

►  Almaniyada ingilis dilində təhsil proqramı varmı?

Bəli, Almaniyada ingilis dilində təhsil verən sayda fakültə və proqramlar var. Başqa sözlə, Almaniyada təhsil almaq üçün almanca bilmək şərt deyil. Almaniyada DAAD-ın məlumat bazası Beynəlxalq Proqramları 160 bakalavr və 1100-ə yaxın magistr proqramları haqqında məlumat verir, əksəriyyəti ingilis dilində tədris təklif edir.

Almaniyada təhsil almaq və tədqiqat aparmaq üçün gəlməzdən əvvəl alman dilini öyrənmək istəyənlər üçün faydalı məsləhətlər və faydalı əlaqələr tapa bilərsiniz.

Almaniyadakı bir çox qurum xarici tələbələr üçün təqaüd təklif edir. Almaniyada təqaüd almaq və uğurla təhsil almaq şansınızı artıra bilərsiniz.

Almaniyada təhsil almaq istəyənlər üçün ən vacib addımlardan biri tələbə vizası almaqdır. Almaniya bir neçə tələbə vizası təklif edir. Vizanızı ölkənizdəki Almaniya Səfirliyindən ala bilərsiniz.

►  Almaniyanın ən yaxşı universitetləri 

Almaniyada dövlət qurumları üçün kadr hazırlayan 106 universitet, 6 təhsil universiteti, 16 ilahiyyat akademiyası, 52 təsviri incəsənət universiteti, 216 peşə universiteti və 30 inzibati idarəçiliklə bağlı olmaqla cəmi 426 ali təhsil müəssisəsi var. Onların əksəriyyəti xaricdən gələn bir çox universitet və tədqiqat müəssisələri ilə əməkdaşlıq edir.

Alman universitetləri beynəlxalq profilli, yenilikçi və dünya səviyyəli əlaqələrə malikdir.

Təsadüfi deyil ki, hər il dünyanın ən yaxşı 1000 universiteti ilə bağlı hesabat yayan “ Times Higher Education Ranking (THE) “ -in ilk 100 universitet sıralamasında Almaniyanın universitetləri də yer alır:

1. Lüdviq Maksimilian Münhen Universiteti (32)

2. Münhen Texniki Universiteti (44.)

3. Ruprecht Karl Heidelberg Universiteti (47.)

4. Berlin Humboldt Universiteti (67.)

5. Frayburq Albert Lüdviq Universiteti

Alman universitetləri təhsillərinin keyfiyyəti ilə yanaşı bir çox xüsusiyyətləri ilə ön plana çıxır. Budur Almaniyanın ən yenilikçi, ən böyük, ən qədim, ən yaxşı beynəlxalq və s. universitetləri:

Ən yaxşı beynəlxalq universitet: Barenboim Said Academy Berlin

Ən yaxşı universitet: Rostock Universiteti

Ən böyük universitet: Hagen Açıq Universiteti

Ən kiçik universitet: Bayreuth Protestan Kilisə Musiqi Akademiyası Ən qədim universitet: Hedielberg Ruprecht Karl Universiteti

Ən çox qız tələbəsi olan universitet: AMD Moda və Dizayn Akademiyası Berlin / Hamburg / Düsseldorf / Münhen


©  Yazı deutschland.de portalının məlumatı əsasında hazırlanıb.