Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com   ►  Almaniyada təqribən 31 milyon insan boş vaxtlarında ümumi rifah üçün könüllü olaraq çalışır. AzEuroNews.com xəbər verir ki, istər idman sahəsində, istər qocalar evində, istərsə də yanğınsöndürmə briqalarında  könüllülü olaraq çalışanların sayı hər keçən gün artır. 

Könüllülük alman cəmiyyətinin birgə yaşayışını zənginləşdirir və çox fərqli həyat vəziyyətlərində olan insanlara kömək və dəstək təklif edir.

Sosial fəaliyyət kimi könüllülük yalnız faydalı deyil, eyni zamanda əyləncəlidir. 

Almaniyada yaşayan və bu ölkəyə yeni gələn həmvətənlərimiz, necə könüllü olacağınızı, ehrenamt.bund.de saytına daxil olaraq öyrənə bilərsiniz.