AzEuroNews.com   ► Azərbaycanda yaşayan 355 əcnəbiyə vətəndaşlıq verilib. Dövlət Miqrasiya Xidmətindən  (DMX) AzEuroNews.com-a verilən məlumatda deyilir ki, bununla bağlı prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

“Bu gün Miqrasiya Xidmətində 200-dən artıq yeni vətəndaşımızın andiçmə mərasimi keçirilib. Qalan şəxslər sabah üçün dəvət edilib. Təbrik edirik, uğurlar və layiqli vətəndaş olmağı arzu edirik”– deyə DMX rəisi Vüsal Hüseynov şəxsi “Facebook” səhifəsində yazıb.