Foto © dpa

AzEuroNews.com  ►  Frank Valter Ştanmayer 23 il sonra Gürcüstana səfər edən Almaniya prezidenti olub. AzEuroNews.com. xəbər verir ki, Almaniya Prezidentinin Gürcüstana rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsini hədəfləyir. Ştanmayer Tiflisdə olarkən bildirib ki, ondan əvvəl prezident Roman Herzoq 23 il əvvəl bu ölkəyə səfər edib: “Bu vəziyyət ölkələrimiz arasında mədəni və siyasi əlaqələrin dərinliyinə uyğun deyil.”

Ştaynmayer gürcü sənətçilərlə də görüşərək, ölkədə ümumi atmosfer barədə məlumat əldə edib.

Ştanmayer bildirib ki, Gürcüstanın Avropaya inteqrasiyasına mane olan qüvvələr hələ də mövcuddur. 

Gürcüstanın Avropa Birliyinə üzv olması ilə bağlı istəyinə müsbət yanaşdığını bildirən Almaniya Prezidenti vurğulayıb ki, bu məsələdə Cənubi Qafqaz ölkəsinə hər cür dəstəyi verməyə hazırdır.

“Bundan əvvəl Gürcüstan NATO standartlarına cavab verməlidir. Gürcüstanın bu standartlara yaxlınlaşmağa doğru fəaliyyəti də tərəfimdən müsbət qiymətləndirilir.” – deyə Ştanmayer vurğulayıb.