“Instagram” sosial şəbəkəsinin işində problem müşahidə olunub.

Trend-in məlumatına görə, bu barədə məşhur internet resurslarda problemləri aşkarlayan “Downdetector” portalı xəbər verib.

Məlumata əsasən, sosial şəbəkənin işindən daha çox Almaniya, Yunanıstan, Polşa, Belarus, Böyük Britaniya, Fransa, ABŞ, Yaponiya, Braziliya və Argentinada yaşayan istifadəçilər şikayətləniblər.

İstifadəçilərin təxminən 57 faizi xəbər lentinin yenilənməsində, 24 faizi hesaba daxil olmada, 17 faizi isə paylaşım etmədə problemlərin olduqlarını bildiriblər.