“Apple”ın yeni əməliyyat sistemi “iOS 13” sentyabrın 19-da təhvil verilsə də, artıq “iOS 14” barədə məlumatlar yayılıb.

“Ölkə.Az” xəbər verir ki, əməliyyat sisteminin nöbəti versiyası bir çox yeniliyi ilə istifadəçiləri sevindirəcək.

Bunlardan ən diqqət çəkəni isə ekranın ikiyə bölünməsidir. Birdən çox prosesi eyni anda izləməyə və müdaxilə etməyə imkan verən özəllik  “iOS 14”lə birlikdə 2020-ci ilin sentyabrında təqdim ediləcək.

Qeyd edək ki, bu özəllik “iPhone 6S”dən öncə istehsal edilən telefonlara şamil edilmir.