Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ► Ötən gün Almaniyanın Limburq şəhərində şübhəli bir terror hadisəsi qeydə alınıb. Hələ ki, şəxsiyyəti gizli saxlanılan şəxs bir yük maşınını qaçırmaqla park edilmiş nəqliyyat vasitələrinə və piyada qrupunun üzərinə sürüb. Hadisə nəticəsində doqquz nəfər müxtəlif dərəcəli xəsarət alıb. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com -a verilən məlumatda deyilir ki,  hadisəni törədən 30 yaşlı şəxs Suriya vətəndaşıdır, 2015-ci ildə Almaniyaya sığınacaq axtaran şəxs kimi gəlib və Almaniyada müvəqqəti yaşamaq hüququ var. 

Alice Weidel

Almaniya üçün Altrnativ (AfD) partiyasının Bundestaqdakı parlament qrupu məsələyə sərt münasibət bildirib. Qrupun sədri Alice Weidel mətbuata acıqlamasında deyib: “Horst Seehofer daha çox qaçqın qəbul edilməsini istəsə də, Almaniya vətəndaşları gələcəklərindən narahatdırlar. Fransadakı bıçaq hücumundan və həftə sonu Berlində sinaqoqa edilən hücüm cəhdindən sonra Limburgqda bu hadisənin qeydə alinması çox ciddi narahatçılıq yaradıb. Hadisəni törədən şəxs təhlükəsizlik orqanlarına əvvəlcədən bəlli olduğu halda hələ də deportasiya edilməyib. Daxili İşlər naziri Seehofer nəhayət hərəkətə keçməlidir. Avropanın xarici sərhədlərinin digərləri tərəfindən qorunacağına ümid etmək əvəzinə, Almaniya sərhədləri ciddi nəzarətə götürülməli və qanunsuz miqrasiyanın qarşısı alınmalıdir. Bundan əlavə, təkcə kimlərinsə ölkədən çıxarılması ilə kifayətlənmək olmaz, eyni zamanda 2015-ci ildən bu günə qədər Almaniyaya nəzarətsiz axanların ölkə üzrə araşdırması aparılmalıdır. Cinayətə meyilli olan hər kəs dərhal Almaniyadan çıxarılmalıdır. Bundan əlavə, Suriyanın bərpa olunmuş bölgələrinə qaytarılma artıq qadağan edilməməlidir. Federal hökumət nəhayət öz vətəndaşlarına qayğı ilə yanaşmalıdır”.