AzEuroNews.com  ►  “Ege Hospital” a yeni baş direktor təyin olunub. AzEuroNews.com-a  verilən məlumata görə,  bundan sonra “Ege Hospital” da baş direktor vəzifəsini Samir Şükürov icra edəcək. Samir Şükürov 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakultəsini bitirib. 2011-2015-ci ildə Türkiyə Cümhuriyyəti Bezmialem Vakıf Universiteti Endokrinologiya və Metabolizma xəstəlikləri kafedrasında təhsil alıb. Doktor Samir Şükürov , Əziz Əliyev adina Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının doktorantı, Türkiyə Endokrinoloji və Metobolizma Dərnəyinin –Fəxri üzvi, Amerika və Avropa Endokrinologiya cəmiyyətinin – həqiqi üzvüdür. Xarici və yerli jurnallarda çap olunmuş bir çox məqalələrin müəllifidir.
Qeyd edək ki, S.Şükürov həkim endokrinoloqdur. Bu vəzifədən öncə “HB Güvən” klinikasının endokrinologiya şöbəsinin müdiri və daha sonra Bbaş həkimi vəzifəsində çalışıb.
Türkiyə və Azərbaycanın sayılıb-seçilən professor, dosent, uzman həkimlərinin fəaliyyət göstərdiyi” Ege Hospital” hər zaman güclü, sağlam işçi heyəti, xəstə məmnuniyyəti, tibb texnalogiyasındakı ən müasir avadanlıqları ilə tibbin bütün sahələrində fəaliyyət göstərib və çox müəssisələrdən seçilib.
Samir Şükürovun “Ege Hospital” komandasına daxil olması ilə xəstəxanamız daha böyük nailiyyətlərə imza atacaq. Baş direktor S.Şükürov bildirib ki,  perspektiv planları  xəstəxanada tibb sektorunun ən son nailiyyətlərini tətbiq etmək, tək ölkə ərazisində deyil, həm də ölkə xaricindən insanların müalicə üçün onlara üz tutmasını təmin etmək və yüksək peşəkarlıqla xalqa xidmət göstərməkdir.