Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ► Almaniyaya qanunsuz gələn qaçqınların çoxu Avstriya vasitəsi ilə ölkəyə daxil olur. 2019-cu ilin yanvar-avqust ayları ərzində Bavariya Federal ərazisində Almaniyaya qanunsuz gələn 9401 nəfər qaçqın saxlanılıb. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com -a verilən məlumatda deyilir ki, avqustda Almaniyaya daha çox qaçqın gəlib. Belə ki, 2019-cu ilin avqustu Almaniyaya 1235 qaçqın , 2018-ci ilin avqust ayında 1178, bu ilin iyul ayında 1244, 2018-ci ilinin iyul ayında 1075, keçən ilin iyununda 1170 və keçən ilin iyun ayında 1127 qaçqın gəlib. 

Ölkəyə qanunsuz daxil olma hallarının əksəriyyəti Avstriya-Almaniya (6383 nəfər, ötən illə müqaisədə 5 faiz çox) və Çexiya-Almaniya sərhədində (1899 nəfər , 2018 ilə müqayisədə 12% çox) qeydə alınıb. 

Alman “bild.de” saytının məlumatına görə, ölkəyə qanunsuz daxil olan qaçqınların sayı artmaqda davam edir. Onların sayı Rosenheimdə 1968 nəfər, Freylassinqdə 1960, Passauda 1392, Veidhausda 996 nəfər olub.  Alman polisi qeyd olunan müddətdə miqrantarı qanunsuz daşıyan 410 şəxsi zərərsizləşdirə bilib. Onlardan 145 nəfəri Passauda, 81 nəfəri Freilassinqdə , 68 nəfəri isə Rosenheimda saxlanılıb.  Almaniyaya qanunsuz daxil olan qaçqınların çoxu Əfqanıstan (853), Nigeriya (726), Türkiyə (720), Suriya (666) və İraqdan (599) gələnlərdir.  Məlumata görə Almaniyaya qanunsuz daxil olanlar arasında həmvətənlərimizin sayı kifayət qədər azdır. Onlar da bir qayda olaraq Türkiyədən istifadə etməklə Almaniyaya gələnlərdir.