Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com    Almaniyada miqrantların qanunsuz daşınması ilə məşğul olan keşiş həbs edilib. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a  daxil olan məlumatda deyilir ki,  Hamburqdan olan bir pastor (Protestan kilsəsinin keşişi – red) sığınacaq axtaran şəxslərin Almaniyaya qanunsuz daşınması ilə məşgul olub o bu vaxta kimi Hamburqun Horn rayonundakı sakit bir küçədə yaşayıb. O, Billbrookdakı xristian icmasının hörmətli pastoru olub. Lakin, bu yaxınlarda məlum olub ki, xristian icmasının 43 yaşlı pastoru O. Richard başqa qanunsuz fəaliyyətlə də məşgul olub. Belə ki o, həm də Almaniyaya qeyri-qanuni yollarla miqrant daşıyan qaçaqmalçılar dəstəsinin rəhbəri imiş. 

Cümə axşamı günü səhər 6-da federal polis onu evində axtarış aparmaqla həbs erdib.

İndi qanunsuz miqrasiyanin təşkili ilə məşgul olan pastoru 10 ilə qədər həbs cəzası gözləyir.