Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə ölkənin Təhlükəsizlik Şurasının bağlı iclası keçiriləcək.

Trend-in “Agence France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, iclasın əsas mövzusu Türkiyənin Suriyanın şimalında keçirdiyi “Sülh bulağı” əməliyyatı olacaq.

E.Makron bildirib ki, bu əməliyyat “yolverilməz humanitar vəziyyətin yaranması riskini yaradır” və “İslam dövlətinə” [İŞİD terror qruplaşması] “regionda gücünü bərpa etməyə” kömək edir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında “Sülh bulağı” adı altında hərbi əməliyyatlara başlayıb.