Foto © skeeze

AzEuroNews.com  ►  Almaniyada “Təbiətin qorunması” (Naturschutz) qanununa görə, arı öldürməyin (Bienen und Wildbienen unter Naturschutz – Mühafizə altında olan və yabanı arılar) cəriməsi 20 min avrodan başlayır. AzEuroNews.com  xəbər verir ki, ən yüksək cərimə Brandenburq əyalətindədir – 65 min avroya qədər.

Federal ölkə qanunvericiliyində göstərilib ki, arılar təkcə bal vermir, eyni zamanda ekosistemi tarazlaşdıraraq bir çox qida məhsullarının istehsalında önəmli rol oynayır. 

Alman Federal Ətraf Mühit ve Təbiəti Qoruma Agentliyindən (BUND)  verilən məlumata görə, belə olan halda Avropa böcəklərin tozlaşdırma prosesində iştirakından 14,2 milyard avro qazanc əldə edir. 

Almaniyada əyalətlərə görə arılara xəsarət yetirib, öldürənlərin cəriməsi aşağıdakı kimidir:

Federal ƏyalətlərCərimələr
Baden-Württemberg50.000 €
Bayern50.000 €
Berlin50.000 €
Brandenburg 65.000 €
Bremen 50.000 €
Hamburg50.000 €
Hessen 50.000 €
Mecklenburg-Vorpommern 20.000 €
Niedersachsen 50.000 €
Nordrhein-Westfalen 50.000 €
Rheinland-Pfalz 5.000 €
Saarland 10.000 €
Sachsen 50.000 €
Sachsen-Anhalt 50.000 €
Schleswig-Holstein 50.000 €
Thüringen50.000 €