Simvol Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Simvol Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

AzEuroNews.com  ► Türkiyənin Suriyada başlatdığı “Barış pınarı” adlı antiterror əməliyyatın davam etdiyi bir zamanda Almaniyada türk məscid və restoranlarına daha bir hücum faktı qeydə alınıb. 

AzEuroNews.com  xəbər verir ki, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinin Herne şəhərində baş verib. 

Belə ki, axşam saatlarında bir qrup PKK terror təşkilatının tərəfdarı müxtəlif şüarlar səsləndirərək Türkiyə Diyanət İşləri İslam Birliyinə (DİTİB) aid məscidi hər kəsin gözləri qarşısında daşlayıblar.

Məscidin qapısı bağlı olduğundan içəri girə bilməyən şəxslər daha sonra ətrafdakı türk restoranlarını daşlamağa başlayıblar. 

Hadisə yerinə gələn polis əməkdaşları ilə qrup arasında qarşıdurma yaranıb. 

Nəticədə 1-i polis olmaqla, 5 nəfər xəsarət alıb. 

Faktla bağlı Herne şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

TERÖR ÖRGÜTÜ YANDAŞLARI, ALMANYA’DA TÜRK DÜKKANLARINA SALDIRDI (MUSTAFA TIĞLI/HERNE-İHA) Almanya’nın Kuzey Ren Vestfalya (KRV) eyaletindeki Herne kentinde, terör örgütü PKK/PYD yandaşları Türk dükkanlarına saldırdı.