AzEuroNews.com  ► Dünyanın ilk və ən böyük onlayn alış-veriş portalı olan “Amazon” müştərilər tərəfindən geri qaytarılan sifarişləri yandıraraq məhv edib. AzEuroNews.com  xəbər verir ki, şirkət təkcə keçən il Almaniyada müxtəlif səbəblərdən geri qaytarılan 20 milyon sifarişi yandıraraq məhv edib. 

Almaniyadakı Bamberq Universitetinin araşdırmasına görə, geri qaytarılma xərcləri baha başa gəldiyindən, eyni zamanda həmin məhsulların yenidən satışa çıxarılması mümkün olmadığından “Amazon” belə bir addım atmaq məcburiyyətində qalıb.

Almaniyada müştərilər tərəfindən geri qaytarılan və daha sonra yandırılaraq məhv edilən məhsulların qiyməti isə, 85 sentlə, 15 avro arasında olub.