Foto © Fərahim İLQAROĞLU / AzEuroNews.com


AzEuroNews.com  ►  Almaniyada sahibkarlar onların şirkət və ya müəssisələrində çalışan qaçqınların deportasiya edilməməsini istəyirlər. “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com -a daxil olan məlumatda deyilir ki, “Focus-online”də yayımlanan xəbərdə 2015-ci ildə Almaniyaya daha yaxşı yaşamaq ümidi ilə yüz minlərlə qaçqının gəldiyi qeyd olunub. Yazıda onlardan biri, Abduliə Travalli haqqında məlumat verilib. O, inteqrasiya üçün hər şeyi edib. İşləyir, alman dilini öyrənib və dövlətdən heç bir yardım almır. Buna baxmayaraq əcnəbilərə iş idarəsi təkidlə onu deprtasiya etdirmək istəyir.

İşə götürən, ona müəyyən müddət iş öyrədən və buna vəsait sərf edən isə, özünü aldanmış hiss edir. Çünki iki il əvvəl işləməyinə icazə və guya razılıq verən əcnəbilərlə iş idarəsi, heç bir əsaslı dəyişiklik olmadan bu gün deportasiya tələb edir.

Abduliə Travallinin başına gələnlər son illərdə Avropaya gələn minlərlə insanın o cümlədən, yüzlərlə həmvətənimizin hekayəsinə çox bənzəyir.

“2015-ci ildən Almaniyada məskunlaşan, inteqrasiya olunmuş, heç bir yardım almayan, uşaqları uğurla təhsil alan soydaşlarımız belə hallarda onları işə götürən sahibkarların köməyindən mütləq faydalanmağa çalışmalıdırlar”– deyə “Leqat”dan verilən məlumatda deyilir.