Foto © Fərahim İLQAROĞLU / AzEuroNews.com

Almaniyaya yeni gələnləri təəcübləndirən məsələlərdən biri də hər gün poçt vasitəsi ilə yazılı məktubların gəlməsi ilə bağlıdır. İnsanların bu gələn məktublara münasibətləri təbii ki, müxtəlifdir. Bəziləri bütün məktubları tərcüməşi vasitəsi ilə tərcümə etdirir, bəziləri isə ümumiyyətlə bunu ciddiyə almır. Gələn məktubların arasında təbii ki, reklam, təklif və ya tövsiyyə xarakterlilər daha çox olur. 

Bəzi məktublarda gələn sənədlərin imzalanıb geri qaytarılması da tələb olunur. Gələndən sonra hər kəs yüzlərlə sənəd imzalayır. Hec də həmin sənədlərin məzmununu hamı dəqiq başa düşmür.

Bəzi alınan mıəktubları dəqiq başa düşməyənlər qorxuya da düşürlər. Bu yaxınlarda “Germani.de” nəşrində bir yazı diqqətimi cəkdi. Yazıda bir suriyalının bu barədə aldığı məktuba münasibətindən bəhs olunur. Suriyalı bu məktubu alandan sonra təklifi dərhal rədd edib, “Almaniya bizdən donor kimi istifadə etmək istəyir”,- kimi fikir səsləndirib. Məktubda orqan donorluğu haqqında söhbət gedib. Sənəddə qeyd olunur ki, şəxs öldüyü halda orqanlarının başqa şəxsə verilməsi haqqında vəsiyyətnamə qoya bilər.

Yazıda daha sonra bildirilir ki, çoxsaylı müraciətlərə baxmayaraq, bu vaxta kimi bir nəfər də suriyalı bu təkliflə razılaşmayıb. Bu təbii ki, təkcə dini dəyərlərlə bağlanıla bilməz. Çünki İslamda orqanların donor kimi istifadəsinə qadağa yoxdur.

Bu vaxta kimi suriyalılar və qaçqın kimi qəbul olunanlar daha çox bildirirdilər ki, Almaniyaya ucuz işçi qüvvəsi lazım olduğu üçün Almaniya qaçqınları qəbul edir. “Bundan sonra qaçqınlar arasında “Biz Almaniyaya orqan donoru kimi lazımıq” deyən olsa təəccüblənməyin”,- fikri ilə yazı tamamlanır.

Dəyərli həmvətənlər, sizə belə məktublar gələrsə, panikaya düşməyin. Bu, sadəcə təklifdir və şəxsin orqanlarından donor kimi onun vəsiyyətnaməsi və ya yaxınlarının razılığı əsasında istifadə etmək mümkündür.

Əlövsət Əliyev, hüquqşünas Almaniya, Düsseldorf

Əlövsət Əliyev, hüquqşünas / Almaniya, Düsseldorf