Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com ►  Almaniyada radikal sağçılar (iqrçilər -red) tərəfindən törədilən cinayətlərin yeni statistikası açıqlanıb. AzEuroNews.com  xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bu ilin son 8 ayında ölkədə radikal sağçılar tərəfindən törədilən cinayətlərin 12 493 olduğu açıqlanıb. 

Nazirlikdən bildirilib ki, bu cinayətlərin 542-sində şiddət qeydə alınıb və nəticədə 250 nəfər yaralanıb. 

Eyni zamanda polisdə 3 686 radikal sağçı barədə cinayət işi açılıb. Onlardan 40-ı həbs edilib.