Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com ►  “Bu gün 17 nəfərin Azərbaycana deportasiyası gözlənilir”. Bu barədə AzEuroNews.com-a  Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Azərbaycana göndəriləcək olanlar ikinci dəfə qaçqın statusu haqqında müraciətinə rədd cavabı verilən, məhkəmə proseslərini uduzan və növbəti dəfə sığınacaq axtaran şəxs kimi ərizəsi qəbul edilməyənlərdir. 

“Polis və təcili yardım maşınları 5 ailəni aparmaq üçün qaçqın düşərgəsinə gəliblər. Səhər saat 6 radələrində isə deport olunacaq ailələri aparıblar.Təəssüf edirik ki, onların arasında 3 uşağı epilepsiya xəstəliyindən əziyyət çəkən, Ortenburq şəhərində (Bavariya) yaşayan Abdullayev Elşad adlı soydaşımızın da ailəsi var. Həmin ailəyə verilən imtina cavabında Azərbaycan Səhiyyə Nazirliyinin hesabatına istinad edilib və epileosiya xəstələrinin Azərbaycanda problemsiz müalicəsinin mümkünlüyü qeyd olunub. Daxil olan məlumatlar təsdiq olunarsa, bu gün Azərbaycana deport olunanların sayı 17 nəfər olacaq”-deyə mərkəzdən saytımıza bildirilib.