Foto © Weingarten/Deutschland / pixabay.com
Foto © Weingarten/Deutschland / pixabay.com

AzEuroNews.com ►  İngiltərədə bir nəfər göydə hərəkətdə olan təyyarədən yerə düşüb. “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.coma daxil olan məlumatda deyilir ki, paytaxt Londonun cənub bölgəsindəki Hitrou Hava Limanına giriş yolunun yaxınlığında göydən bir nəfər düşüb. O, sığınacaq axtarmaq üçün gələn şəxs olub və bağında dincələn Con Baldokdan bir metr aralıya düşüb. 

Polis ciddi səy və araşdırmadan sonra Keniya Hava Yollarına aid bir təyyarədən düşən bu şəxsin sığınacaq axtaran şəxs olduğunu müəyyən edib. 

Polis tanınmaz halda olan meyitin fotorobotunu yaradıb. Araşdırmalar zamanı məlum olub ki, o, Nayrobidən uçan təyyarənin eniş qurğusundan, təxminən 1000 metr yüksəklikdən yıxılıb.
Şahid də bildirib ki, göydən düşən şəxs geyinmiş formada olub, amma yıxıldığı üçün tanınmaz hala düşüb. Polisin dediyinə görə, həmin şəxs yıxılmazdan əvvəl ölübmüş.