AzEuroNews.com / Vuppertal  ► Almaniyada yaşayan türklər Vuppertal şəhərində “Vətəninə, bayrağına sahib çıx” aksiyası keçirib. AzEuroNews.com  xəbər verir ki, təxminən 500 nəfərə yaxın türkiyəlinin iştirakı olan keçirilən aksiya şəhərin “Keçmiş azadlıq” adlı meydanında baş tutub. 

Terroru lənətlədiklərini ifadə edən aksiya iştirakçıları Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatını tənqid edənləri də qınayıblar. 

“Kürd, türk qardaşdır, PKK kalleşdir” şüarları səsləndirənlər alman mediasını Türkiyənin keçirdiyi antiterror əməliyyatı ilə bağlı yalan və qərəzli informasiya yayması ilə bağlı şiddətlə qınadıqlarını vurğulayıblar.