Argentinalı tədqiqatçılar ölkənin cənub-qərbində yerləşən Çako vilayətində nəhəng meteorit aşkarlayıblar.

TASS agentliyi xəbər verir ki, Argentina Astranomiya Assosiasiyasının rəhbəri Mario Veskoninin məlumatına görə, tapıntı 30,8 ton ağırlığa malikdir.

Səma cismi Qanselo şəhəri ətrafında, Kampo del Selo adlı zonada tapılıb. Bura 4 min il əvvəl meteorit yağışının yağdığı bildirilir.

Argentinalı alimlərin rəyinə görə, hələlik regiona düşmüş səma cisimlərinin yalnız 35% -ni tapmaq mümkün olub. Tapılan meteoritin nəhəng ölçüləri alimləri heyrətləndirib. Bu Yer kürəsində rast gəlinən ən böyük səma cisimlərindən biridir.

Bu günə qədər tapılan ən nəhəng meteorit isə 1920-ci ildə Afrikanın cənub qərbində tapılmış “Qoba” meteoritidir. Onun çəkisi 60 tondur.