UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

“Report”un məlumatına görə, turun ilk oyun günündə A, B, C və D qruplarında yer alan komandalar qarşılaşıblar.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İspaniyanın “Real Madrid” komandasını qəbul edib. Görüş qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Toni Kroos vurub. A qrupunun digər qarşılaşmasında “Brügge” Belçikada Fransa PSJ-sinə böyük hesabla uduzub.

B qrupunun hər iki görüşündə də qapılara 5 qol vurulub. Almaniya “Bavariya”sı Yunanıstanda “Olimpiakos”a 3:2, “Tottenhem” isə İngiltərədə Serbiya “Srvena Zvezda”sına 5:0 hesabı ilə qalib gəlib.

C qrupunda İngiltərənin daha bir təmsilçisi “Mançester Siti” evdə İtaliya “Atalanta”sına 5:1 hesabı ilə qalib gəlib. “Şaxtyor” isə Ukraynada Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına məğlubiyyətdən qurtulmağı bacarıb.

Nəhayət, D qrupunda “Atletiko” İspaniyada Almaniya “Bayer”ini, “Yuventus” isə İtaliyada Rusiya “Lokomotiv”ini yenib.

Çempionlar Liqası

II tur

A qrupu

23:00. “Qalatasaray” (Türkiyə) – “Real Madrid” (İspaniya) – 0:1

Qol: Toni Kroos, 18

23:00. “Brügge” (Belçika) – PSJ (Fransa) – 0:5

Qollar: Mauro İkardi, 7; 63. Kilian Mbappe, 61; 79; 83

Xal durumu: PSJ – 9, “Real Madrid” – 4, “Brügge” – 2, “Qalatasaray” – 1.

B qrup

23:00. “Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya) – 2:3

Qollar: Yussef əl-Ərəbi, 23. Gilyerme, 79 – Robert Levandovski, 34; 62. Korentin Tolisso, 75

23:00. “Tottenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) – 5:0

Qollar: Harri Keyn, 9; 72. Hın Min Son, 16; 44. Erik Lamela, 57

Xal durumu: “Bavariya” – 9, “Tottenhem” – 4, “Srvena Zvezda” – 3, “Olimpiakos” – 1.

C qrupu

20:55. “Şaxtyor” (Ukrayna) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:2

Qollar: Yevgeni Konoplyanka, 16. Dodo, 75 – Dani Olmo, 25. Mislav Orşiç, 60 (pen.)

23:00. “Mançester Siti” (İngiltərə) – “Atalanta” (İtaliya) – 5:1

Qollar: Serxio Aqüero, 34; 38 (pen.). Rahim Sterlinq, 58; 64; 69 – Ruslan Malinovski, 28 (pen.)

Xal durumu: “Mançester Siti” – 9, “Dinamo” – 4, “Şaxtyor” – 4, “Atalanta” – 0.

D qrupu

20:55. “Atletiko” (Madrid, İspaniya) – “Bayer” (Leverkuzen, Almaniya) – 1:0

Qol: Alvaro Morata, 78

23:00. “Yuventus” (İtaliya) – “Lokomotiv” (Moskva, Rusiya) – 2:1

Qollar: Paulo Dibala, 77; 80 – Aleksey Mirançuk, 30

Xal durumu: “Atletiko” – 7, “Yuventus” – 7, “Lokomotiv” – 3, “Bayer” – 0.