Dünyanın bir sıra ölkələrində “Twitter” mikrobloq xidmətinin işində çərşənbə axşamı fasilələr yaranıb.

Trend-in məlumatına görə, bu barədə “Downdetector” portalı yazıb.

Məlumata əsasən, dünyanın bir sıra ölkələri bu problemlə qarşılaşıb.

İstifadəçilərin əksəriyyəti sosial şəbəkə saytına daxil ola bilmir (49%). 32% iPhone və ya iPad üçün tətbiqində, digər 18% Android üçün tətbiqində problemlərlə qarşılaşıb.