“Biz Türkiyə ilə vuruşa hazırlaşmırıq”.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə Pentaqon rəhbəri Mark Esper çıxış edib.


Mark Esper  bildirib ki, Türkiyə NATO-nun uzunmüddətli partnyordur: “Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil”.

Qeyd edək ki, bundan əvvəl də ABŞ-ın müdafiə naziri bildirib ki, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.