Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com   ► Yeni aparılan rəy sorğusunun nəticələrinə görə, Almaniyada insanlar bu gün son üç onillikdə olduğundan daha xoşbəxtdirlər.  Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, “Pew Araşdırma Mərkəzi”nin açıqladığı hesabatda belə qeyd olunub. 
Ötən gün yayımlanan hesabat ölkənin həm şərqində, həm də qərbində yaşayanların əksəriyyətinin (59%) hal-hazırda 10 ballıq həyat səviyyəsi şkalası ilə özlərini 7 və daha yüksək səviyyədə qiymətləndirdiklərini qeyd ediblər. 1991-2009-cu illərdə almanların çox az hissəsi həyat səviyyələrini bu qədər yüksək qiymətləndirmişdi. Şərq bölgələrində həyat səviyyəsi 1991-ci illə müqayisədə ( 15% ) dörd dəfə ( 59% -ə) artıb.

Almanların böyük əksəriyyəti, 30 il əvvəl ölkələrinin yenidən birləşməsi şərqlə qərb arasındakı iqtisadi və siyasi fərqlərin davam etməsinə baxmayaraq bunun müsbət bir inkişaf olduğunu düşünürlər. Almaniya sakinləri 1989-cu ildə Berlin Divarının yıxılması və Almaniyanın yenidən birləşməsinin yaşayış səviyyəsinə, səhiyyə, milli qürur, ailə və mənəvi dəyərlərə və qanunların icrasına yaxşı təsir etdiyini düşünürlər.

Almaniyanın qərbindəki Fedetral ərazilərdə yaşayan insanlar, şərqdəki həmvətənlərinə nisbətən Avropa Birliyinə daha əlverişli baxırlar: belə ki bu sahədə fərq 72% -ə qarşı 59% -dir. 

Bundan əlavə, qərbdəki insanlar ölkədə yaşayan azlıqlara münasibətdə də daha dözümlüdürlər. Belə ki, şərq ərazilərindən olan almanların 36% -i, qərb bölgələrində yaşayanların isə 22%-i müsəlmanlara mənfi münasibət bəsləyir. Bu əslində çox böyük göstəricidir və Alman hakimiyyət orqanlarının diqqətindən kənarda qalmalı deyil.