UEFA-nın yeni prezidenti seçilib.

Bu gün Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin mümkün 55 səsdən 45-ni toplayaraq qalib gəlib.

O, bu mübarizədə Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqı qabaqlayıb.

Çefer bu vəzifədə fransalı Mişel Platinini əvəz edib. Sloveniyalı qurumun tarixinə 7-ci prezident kimi düşüb.

Qeyd edək ki, AFFA səsvermədə Çeferinə səs verəcəyini öncədən açıqlamışdı.