AzEuroNews.com   ►  Xilasetmə işçiləri London yaxınlığında park edilmiş yük maşınının qoşqusunda 39 miqrantın cəsədini tapılar. “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.coma daxil olan məlumatda deyilir ki, İngiltərənin hüquq mühafizə orqanları çərşənbə günü, gecə saatlarında Londondan otuz kilometr şərqdə yerləşən „Grays“ adlanan sənaye məhəlləsində 39 nəfərin meyitini aşkar edib. Polis hadisə ilə bağlı Şimali İrlandiyadan olan 25 yaşlı bir sürücünü həbs edib. İlkin araşdırmaya görə, yük maşını çərşənbə gününə keçən gecə ölkəyə daxil olub. Lakin, hansı marşurutla gəlməsi hələ bəlli deyil. Bolqarıstan hökumətinin verdiyi məlumata görə, qoşqu Bolqarıstanda qeydiyyatdadır, lakin 2007-ci ildən bu yana ölkədə olmayıb və qeydiyyata alınmayıb. 

Aralarında azyaşlıların da olduğu bu şəxslərin hansı ölkədən gəldikləri də məlum deyil. Onların Yaxın Şərqdən və ya Cənubi Asiyadan olan qaçqınlar olması etimal olunur. 

Məlumat üçün qeyd edək ki, hazırda irlandiyalılar, pakistanlılar və iraqlılar İngiltərədəki sığınacaq axtaranların ən böyük qrupunu təşkil edir. Digər mənbə ölkələri kimi Banqladeş, Suriya, Əfqanıstan və Albaniyadır. Bu barədə məlumatı daxili işlər naziri Priti Patel mətbuta açıqlayıb və qurbanların naməlum qohumlarına başsağlığı verib.