AzEuroNews.com  ► Fransa hökuməti sürücülük vəsiqəsinin verilməsi qaydalarına dəyişiklik etmək istəyir. AzEuroNews.com  xəbər verir ki, dəyişiklikdə sürücülük vəsiqələrinin daha ucuz və tez bir zamanda verilməsi nəzərdə tutulub. 

Yeni qaydalarda diqqət çəkən ən maraqlı məqam isə, hərbi xidmətə getmək istəyənlər üçün sürücülük vəsiqəsinin xərcinin dövlət tərəfindən ödənməsidir. 

Fransanın baş naziri Eduard Philippe fransız mətbuatın açıqlamasında bildirib ki, sürücülük vəsiqəsi ilə bağlı hökumət yeni bir qanun paketi hazırlayır. Baş nazir vuğrulayıb ki, Fransa sürcülük vəsiqələri üçün nəzərdə tutulan dövlət rüsumlarını 30 % azaltmaq niyyətindədir.