Foto © Fərahim İLQAROĞLU / AzEuroNews.com

AzEuroNews.com /Berlin  ► Almaniyanın paytaxtı Berlində yerə zibil, siqaret kötüyü, saqqız, kardondan olan qablar və s. zibil atanlar 1500 avroya qədər cərimələnəcəklər. 

AzEuroNews.com xəbər verir ki, bur barədə Berlin Bələdiyyə Məclisinin ötən gün keçirilən iclasında qərar verilib. 

Yeni cəza kataloqunda yerə saqqız, siqaret kötüyü, karton qab atanlar üçün 120 avro, piyada yollarında it ifrazatlarını təmizləməyənlər üçün 300, yaşıllıq olan bölgələrdə it ifrazatını təmizləməyənlər barəsində isə 1500 avroya qədər cərimə nəzərdə tutulub. 

Yeni cərimə kataloqunda yerə kağız dəsmal və boş siqaret qutusu atmağın cəriməsi isə, 80 avro olaraq müəyyən edilib.