Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com /Berlin  ► Almaniya 2020-ci ildən əhaliyə verilən kirayə ev üçün yardımı 30 % artırmaq istəyir. AzEuroNews.com xəbər verir ki, keçən il 145 avro kirayə yardımı alan iki nəfərlik bir ailə 2020-ci ildən etibarən 190 avro yardım ala bilər. 

Təklif paketi Almaniya Bundestaqında bir çox partiya, hətta irqçi Almaniya üçün Alternativ Partiyası (AfD) tərəfindən də dəstəklənib. 

Təklif paketi ilə bağlı Bundestaqda müzakirələr qarşıdakı günlərdə də davam edəcək.