Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com /Berlin  Yaxın beş il ərzində Almaniyanın paytaxtı Berlində mənzillərin qiyməti sabit qalacaq. “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com – a daxil olan məlumatda deyilir ki, hakimiyyət Berlindəki mənzillərin artan qiymətlərinin beş il ərzində dondurulmasına razılıq verib. „Bloomberg“ xəbər verir ki, yerli parlamentdə təmsil olunan bütün siyasi qüvvələr bu qərarın qəbul olunmasının tərəfdarı olduqlarını bildiriblər. Onlar bunun paytaxtda mənzil qiymətlərinin artımının qarşısını alacağına inanırlar. 
Statistikaya görə, cəmi bir il ərzində Berlindəki mənzillərin qiyməti iki dəfə artıb.
İnşaat sahəsinədə çalışanlar deputatların qərarına mənfi reaksiya verir. İnşaat biznesi nümayəndələrinin sözlərinə görə, qiymətlərin dondurulması paytaxtda mənzil çatışmazlığı yarada bilər.
Bununla belə, yerli hakimiyyət orqanları bu qərarı əsaslı və ədalətli hesab edirlər. Həmçinin Berlin meri də bu razılaşmanı müdafiə edib.
Qərarın 2020-ci ilin birinci rübündə qüvvəyə minməsi gözlənilir.