Foto © arti33.com

AzEuroNews.com / Halle  ► Almaniyada terror hücumu zamanı müştərisi öldürülən  İzzet Çağaç aldı iş adamı öz restoranını işçilərinə bağışlayıb. AzEuroNews.com  xəbər verir ki, Halle şəhərindəki “Kiez Döner” adlı restoranın sahibi bundan sonra orada çalışanlar olacaq. 

İş adamı açıqlamasında bildirib ki, hələlik restoran fəaliyyət göstərmir. Səbəb isə, terror hücumu zamanı həlak müştərisinin yasını saxlamalarıdır. O, açıqlamasında bildirib ki, terror hücumu zamanı işçiləri böyü şok yaşayıblar. Bu səbədən o, restoranı işçilərinə bağışlamağa qərar verib. 

40 gündən sonra restoranın yenidən fəaliyyətə başlayacağını deyən iş adamı hər gün yüzlərlə insanın terroru qınayaraq restoranın önünə çiçəklər düzüb, şam yandırdığını söyləyib. 

Məlumat üçün bildirək ki, oktyabrın 9-da Sineqoq planlaşdırılan terror hücumu zamanı bir nəfər yolda, bir nəfər isə, “Kiez Döner” adlı restoranda qətlə yetirilib.