Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com ►  Almaniyanın Bavariyada əyalətində afrikalılar qeyri-qanuni sığınacaq təşkil ediblər. “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a verilən məlumata görə, Bamberq şəhərində (Bavariya) bir ev Afrikadan olan və ölkədə qanunsuz yaşayan digər miqrantlar üçün qanunsuz sığınacaq kimi istifadə olunub. 

Yerli mətbuatın məlumatına görə, cümə günü saat 6 radələrində hüquq-mühafizə orqanlarının yüzdən çox əməkdaşı “Humboldtstrasse”dəki binada əməliyyat keçiriblər. Polisin məlumatına görə, 40-dan çox insan iki afrikalının (21 və 28 yaş) icarəyə götürdüyü həmin evdə qanunsuz olaraq kirayədə yaşayırmış. Onlar Almaniyada sığınacaq haqqında müraciətlərinə rədd cavabı almış və deportasiyadan yayınaraq ölkədə yaşayan miqrantlara mənzil kirayə verərək, altı və ya doqquz kvadratmetr arasında olan otaqlar üçün böyük miqdarda pul alırlarmış. Deportasiyadan qorxan insanlar bu şərtlərə razı olmaqla tələb olunan ödənişləri ediblər. 

“Bild.de” nəşrinin məlumatına görə, evdəki 22 kvadrat metrlik bir otaq 4 və ya 5 nəfərə 1150 avroya kirayəyə verilirmiş. Faktla bağlı araşdırma davam edir.