Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

NRW-də deportasiya zamanı tez-tez yaranan problemlər araşdırılır, qanunda dəyişikliklər müzakirə edilir

AzEuroNews.com /Düsseldorf  ►  Azərbaycan vətəndaşlarının daha çox məskunlaşdığı Almaniyanın Şimali Reyn Vestfaliya ( NRW) federal əyalətinin bir çox şəhərkərində 2018-ci ildə planlaşdırılan deportasiya işlərinin çoxu uğursuz tamamlanıb. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, bəzi şəhərlərdə deportasiyası nəzərdə tutulan şəxslərin yarıdan çoxu deportasiya olunmayıb. Deportasiyaya məsul idarələrinin nöqteyi-nəzərindən ölkəni tərk etməli olan insanların “göndərilməməyi” daha cox qanundaki mövcud tələblərlə bağlıdır.

Bildirilir ki, Münster deportasiyaları daha çox icra etməyən şəhərdir. 2018-ci ildə Münsterdə 85 deportasiya cəhdindən yalnız 27-si uğurlu alınıb. 2019-cu ilin bu gününə qədər isə, vəziyyət dəyişib. Belə ki, oktyabr ayına qədər 103 deportasiya cəhdindən 58-i uğurla, 45-i uğursuzluqla nəticələnib.

NRW-də deportasiya təcrübəsi

Qanuna görə sığınacaq axtaranlar və ya qaçqınlar xəstə olduqları və səyahət edə bilməmələrini sübut etdikdə deportasiya edilməməlidirlər. Bundan əlavə, deportasiya anında səhhətində problem yaranan şəxslərin hava limanına çatdırılması mümkün olmadığına görə də deport təxirə salına bilər.

2018-ci ildə planlaşdırılan deportasiyaların yalnız bir hissəsi həyata keçirilə bilib:

Dortmundda deportasiyası planlaşdırılan 191 nəfərdən 90 nəfərinin deportasiyasi baş tutub. Aşağıdakı şəhərlərdə də vəziyyət oxşar olub: Siegen (uğursuz: 72 / uğurlu: 47), Coesfeld (uğursuz: 93 / uğurlu: 70), Warendorf (uğursuz: 112 / uğurlu: 103).

2018-ci ildən fərqli olaraq 2019- cu ildə vəziyyət fərqli olub. Məsələn Essendə 152 nəfərdən 106-sı, Oberhausendə 284 nəfərdən 229 nəfəri deportasiya olunub. 

İmmiqrasiya idarələrinin səlahiyyətli əməkdaşları bu vəziyyəti daha çox deportasiya olunmalı olan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi sahəsində olan problemlər və şəxsiyyəti təsdiq edən sənədlərinin olmaması ilə bağlı olduğunu bildirirlər.

Bütün NRW-də keçən il təxminən 6 600 qaçqın deportasiya edilib. Bu barədə NRW İnteqrasiya Nazirliyi məlumat verib. Bununla birlikdə, Şimali Reyn-Vestfaliya “könüllü qayıdış və deportasiya üzrə lider” hesab edilir.

Qanunsuz miqrasiyaya effektli mübarizə üçün, ölkə artıq mərkəzi immiqrasiya orqanlarının sayını üçdən beşə qədər artırıb. Bələdiyyələr indi hər bir rayonda qayıdış sənədlərinin alınmasında və “uçuş və nəqliyyatın idarə olunması”nda onları dəstəkləyən əməkdaşla birbaşa əlaqə saxlamaq imkanına malikdirlər. 

Daxili İşlər Nazirliyinin sözçüsü bildirir ki, deportasiyaların icrasını çətinləşdirən hüquqi baza federal qanunlar əsasında tənzimlənməlidir.