Foto © arti49.com

AzEuroNews.com  ►  Türkiyə kökənli taksi sürücüsü Fahrettin avtomobilində unudulan 5 min avronu sahibinə qaytarıb. AzEuroNews.com xəbər verir ki, hadisə Avstriyanın paytaxtı Vyanada baş verib. 

Vyana Taksi Dərnəyi tərəfindən örnək davranışına görə təşəkkürnamə alan Fahrettin mərkəzi dəmir yolu vağzalından götürdüyü müştərini bir otelə aparıb. Geri qayıdarkən avtomobilində içində 5 min avro olan bir çanta tapan sürücü onu sahibinə qaytarmaq üçün yenidən otelə qayıdıb. 

Çanta sahibi türk taxsi sürücüsünə təşəkkür edərək onunla şəkil çəkdirib.