Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com / Berlin ► Avropa Birliyi (AB) ölkələri qəbul etdikləri qaçqın və miqranltarın öz ölkələrində olan mal varlıqlarını daha asan öyrənə biləcəklər. AzEuroNews.com  xəbər verir ki, sığınacaq aldıqları dövlətdən sosial yardım alanların öz ölkələrində olan mal varlığının araşadırılması istiqamətində daha bir yenilik edilib. 

Niderland, Belçika kimi AB ölkələri qaçqın və miqrantların mal varlığını öyrənmək üçün özəl şirkətlərlə müqavilə bağlayıblar. 

Ötən günlərdə Belçikanın Flaman bölgəsində sosial evdə yaşayan bir ailənin Türkiyədə mənzili olduğu ortaya çıxıb. Məhkəməyə müraciət edən sosial idarə indiyə kimi ailəyə ödədiyi 48 min avronu geri istəyib. 

Məhkəmə sosial idarənin xeyrinə qərar verib. 

Araşdırmalar zamanı məlum olub ki, türkiyəli ailə sosial yardımdan bəhrələnərək Türkiyədə mənzil alıb. 

Belçika sosial idarəsi “Soza Xpert” şirkəti vasitəsi ilə artıq öz ölkəsində mal varlığı olan əcnəbilərin siyahısını hazırlayaraq məhkəmələrə təqdim edir.

Məlumat üçün bildirək ki, bu təcrübəni AB ölkələrindən ilk dəfə Niderland edib.