Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com / Frankfurt  ► Almaniyada 18 yaşında olarkən bir banka saxta qızıl külçə satan gənc məhkəməyə çıxarılıb. AzEuroNews.com  xəbər verir ki, hadisə Frankfurt şəhərində qeydə alınıb. 

Belə ki, hazırda 21 yaşı olan gənc 3 il əvvəl qızıl sarısına boyanmış külçələri bir banka 300 min avroya satıb. 

Gənc bankda bildirib ki, külçələr ona miras olaraq qalıb. 

Hazırda bank hesabında 183 min avro olan gəncin pulun yerdə qalan hissəsini hara xərclədiyi bilinmir. 

Yalnız o, məhkəmədəki ifadəsində bildirib ki, külçələri banka satdıqdan sonra özünə kompüter, telefon alaraq pul kolleksiyasını çoxaldıb.