Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

AzEuroNews.com / Berlin Avropa Birliyi ölkələrinə miqrantların qanunsuz daşınmasının əsasən Bolqarıstan üzərindən həyata keçirilməsi ilə bağlı iddialar var. “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com – a verilən məlumatda deyilir ki, qanunsuz qaçqın və miqrantların əsas hissəsini-
90% -dən çoxunu “qara ” yollarla daşınanlar təşkil edir. 
Qanunsuz daşınan miqrantların Avropa ölkələrinə əsas axını Bolqarıstan və ya Xorvatiyadan keçir. Digər bir əsas yol isə Aralıq dənizidir.
Bu “qara” işi zəruri „mütəxəssislərlə“ təmin etmək üçün cinayətkar qrupalarda sürücülər, mühafizəçilər, vasitəçilər və sairdən ibarət olan təxminən 40 min nəfər çalışır. Bu cinayət fəaliyyətinin əsas icraçılarını Bolqarıstan vətəndaşları təşkil edir. 
Fransız “Le Figaro” qəzeti araşdırma ilə müəyyən ediblər ki, qanunsuz mühacirlərin toplanması və cəlb edilməsi ilə əsasən narkotik alverçilərindən faydalanırlar. 
Beynəlxalq təşkilatların məlumatına görə, insanların qanunsuz daşınması narkotiklərin qanunsuz dövriyyəsindən sonra ikinci ən böyük gəlir gətirən sahə hesab edilir.