Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ► Türkiyə Suriyanın şimalında yaratdığı təhlükəsiz bölgəyə qaçqınların geridönüşünü təmin etmək üçün hərəkətə keçib. AzEuroNews.com  xəbər verir ki, artıq Türkiyə tərəfindən bölgədə inşa ediləcək evlərin planları da hazırdır. 

İllərdir suriyalılara sığınacaq verən Türkiyə Avropa Birliyindən (AB) təhlükəsiz bölgədə qaçqınlar üçün evlərin inşa edilməsi və infrastrukturun yenidən qurulması üçün yardım istəyib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı danışarkən bildirib ki, təhlükəsiz bölgədə qaçqınların geridönüşü üçün şərait yaradılmasa, mərhələli şəkildə 1 və 2 milyon olmaqla suriyalı qaçqınları Avropaya göndərəcəklər. 

Bundan sonra AB Türkiyəyə suriyalı qaçqınlar üçün 663 milyon avro yardım edəcəyini açıqlayıb.